Bakıda maşın bazarında güclü yanğın - Yenilənib (VİDEO)

Bakıda maşın bazarında güclü yanğın - Yenilənib (VİDEO)
  01 İyul 2016    Oxunub:49870
Bakının Nizami rayonunda yerləşən maşın bazarında güclü yanğın başlayıb.
AzVision.az xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürən maşın və FHN-nin canlı qüvvəsi cəlb edilib.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi üçün iş aparılır.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğınla bağlı rəsmi məlumat yayıb.

Bildirilib ki, Bakının Nizami rayonundakı mşın bazarı ərazisində mağazalardan birində yanğın baş verib. Dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakının Nizami rayonundakı maşın bazarında mağazalardan birində baş verən yanğın söndürülüb.



AzVision.az


Teqlər:  





Xəbər lenti