Bakıda lisey binası yandı

Bakıda lisey binası yandı
  23 May 2015    Oxunub:4596
Bakıda lisey binasında yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda dördmərtəbəli taxta konstruksiyadan ibarət lisey binasının 3-ci mərtəbəsində sinif otağının yanar konstruksiyaları 3 kv.m sahədə, tavanı 1 kv.m sahədə və 4-cü mərtəbədə yerləşən sinif otağının döşəməsi 1 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti