Bakıda iş vaxtı dəyişir

Bakıda iş vaxtı dəyişir
  30 İyun 2015    Oxunub:3891
Bakıda iş vaxtı rejimi əvvəlki vəziyyətə qaytarılır.
Artıq bu həftədən etibarən iş qrafiki əvvəlki qaydada olacaq. Yəni iş rejimi səhər saat 9-dan başlayıb axşam 6-da başa çatacaq. Ümumiyyətlə, bu təcrübə ölkəmizdə daimi olaraq tətbiq olunarsa, bunun hansı müsbət nəticələri ola bilər?

May ayının 1-də iş vaxtı rejimi ilə bağlı qəbul edilmiş sərəncam iyulun 1-də qüvvədən düşəcək. Yəni Bakıda dövlət müəssisələrində çalışan işçilər yenidən səhər saat 9-dan axşam saat 6-ya kimi işləyəcəklər.

Avropa oyunları ilə əlaqədar nəqliyyat vasitələrində sıxlıq və yollarda tıxacın yaranmaması üçün qəbul edilmiş bu qərara əsasən, iş vaxtı, aralarında ümumilikdə saatyarımlıq fərq olmaqla 4 fərqli qrupa bölünmüşdü. Ekspertlər hesab edirlər ki, əslində iş vaxtının fərqli qrafiklər üzrə müəyyənləşdirilməsi xarici ölkələrin təcrübələrində var. Əslində bu təcrübə ölkəmizdə də birdəfəlik tətbiq oluna bilər.

Ekspert Ərşad Hüseynov deyir ki, əgər bu təcrübə ölkəmizdə tətbiq olunarsa, müsbət nəticələr əldə etmək mümkündür.




Teqlər:





Xəbər lenti