Bakıda iş adamını soydular

Bakıda iş adamını soydular
  30 Oktyabr 2014    Oxunub:1376
Bakıda axtarışda olan şəxslər saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nərimanov RPİ Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Yevlax rayon sakinləri – Rəhman Məmmədov, Muxtar Rəhimov və Cəbrayıl rayon sakini Samir Yadigarov tutulub.

Məlum olub ki, onlar aprelin 30-da Z.Bünyadov prospekti 2096-cı məhəllədə yerləşən mebel mağazasına aldatma yolu ilə daxil olub, gözətçinin əlini və ağzını skotçla bağlayıb, mağazanın müdirin iş otağının qapısını sındıraraq, oradan içərisində 20000 manat olan seyfi, kompüteri və salondakı nəzarət kamera sisteminin yaddaş kartını götürüb “Mersedes” markalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Araşdırmalar davam etdirilir.


Teqlər:  





Xəbər lenti