Bakıda intihara cəhd

Bakıda intihara cəhd
  21 Noyabr 2014    Oxunub:1342
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində məlum olub ki,vətəndaş hündürlüyü 15 metr olan, elektrik cərəyanı olmayan, köhnə yüksək gərginlikli elektik xətti dirəyinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Xilasedicilər dirəyə qalxaraq zərərçəkmişin asıldığı ipi kəsib və onu təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:04-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti