Bakıda iki maşın yanıb

Bakıda iki maşın yanıb
  27 İyun 2016    Oxunub:1481
Bakıda bir gündə iki avtomobil yanıb.
AzVision.az-ın FHN-in saytına istinadən xəbər verir ki, öncə Xətai rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilin mühərrikinin yanar hissələri və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa Suraxanı rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqda dayanmış digər avtomobillər yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti