Bakıda hərbi yürüş olacaq

Bakıda hərbi yürüş olacaq
  28 May 2015    Oxunub:1661
Mayın 28-də Respublika Günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə saat 12.00-dan etibarən şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcək.

Sabah Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin də nizami keçidi təşkil ediləcək.

Respublika Günü münasibətilə mayın 28-də saat 17:00-dan 19:00-dək Bakının müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.

Orkestrlər müəyyən olunmuş 6 nöqtədə çıxış edəcəklər (Fəvvarələr, Azneft və Azadlıq meydanları, Əhmədli qəsəbəsindəki Heydər Əliyev parkı, Zərifə Əliyeva adına park və Zabitlər parkı).

Həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran və Qusar şəhərlərində də Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq.


Teqlər:





Xəbər lenti