Bakıda güclü yanğın, maşın partladı

Bakıda güclü yanğın, maşın partladı
  23 Avqust 2014    Oxunub:1390
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda "Mercedes" markalı yük avtomobinə qoşulmuş tutumu 40 ton olan yanacaq çəninin qəzaya uğraması nəticəsində yolun kənarına aşıb. Yanğın nəticəsində yük avtomobilinin yanar hissəsləri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb.

Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti