Bakıda gözü çıxarılmış iti qurtardılar - FOTO

Bakıda gözü çıxarılmış iti qurtardılar - FOTO
  25 Noyabr 2014    Oxunub:1707
Gözləri çıxarılsa da, zavallı heyvanın üzündən qorxu və yalvarış oxunurdu...
Fotoda gördüyünüz it bir neçə ay əvvəl paytaxt Bakının bir küçəsində tapılıb. “BARS” adlı Sahibsiz Heyvanlara Qayğı ictimai Birliyinin üzvləri bu iti gözü çıxarılmış, ayağı əzilmiş, dərisi xəstə halda tapmışdılar.

Gözləri çıxarılsa da, zavallı heyvanın üzündən qorxu və yalvarış oxunurdu... Ac və taqətsiz it ölümünü gözləyərkən, birlik üzvləri onun yardımına yetişərək, onu heyvan sığınacağına aparıblar. Könüllülərin hesabına burada itin müayinə və müalicəsinə başlayıblar.

Müayinə zamanı məlum olub ki, itin gözünə kimyəvi maddə tökülübmüş. Müalicə başlanıb. İtin ayaqları və dərisi sağaldılıb... Zavallının gözlərini bərpa etmək mümkün olmur. Çarə ona qalır ki, əməliyyatla itin gözündəki çürümənin qarşısı alınsın.

Bu gün it görməsə də, rahat gəzə və hürə bilir...

Cəmiyyətimizdə canlılara əzab-əziyyət verənlərlə yanaşı, onlara sahib çıxan, qayğı göstərən insanların olması çox sevindiricidir.

Unutmayaq ki, eynən insanlar kimi, heyvanların da yaşamaq haqqı var. Onlar da, eynən insan kimi, ağrıdan qıvrılır və xoş münasibətdən xoşhallanırlar... (azadliq.org)


Teqlər:





Xəbər lenti