Bakıda evdən pul və qızıl oğurladılar

Bakıda evdən pul və qızıl oğurladılar
  01 May 2016    Oxunub:1516
Bakıda daha bir mənzildən oğurluq edilib.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, aprelin 30-da Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Bölməsinə müraciət edən Gürcüstan vətəndaşı, 1954-cü il təvəllüdlü Naibov Sabir Nəzir oğlu naməlum şəxs və ya şəxslərin onun bağ evinə soxulduğunu bildirib. Şikayətçi bildirib ki, evin plastik pəncərəsini sındıraraq içəri daxil olan şəxslər 500 manat pul və 2 min manatlıq qızıl aparıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti