Bakıda evdə partlayış- 2 nəfər yaralandı

Bakıda evdə partlayış- 2 nəfər yaralandı
  01 Dekabr 2015    Oxunub:1596
Bakıda yaşayış evində partlayış olub.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Ümumi sahəsi 120 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evdə baş verən partlayış nəticəsində evin dam örtüyü uçub və ev yararsız vəziyyətə düşüb.

Hadisə zamanı 2 nəfər xəsarət alıb. Yanğın baş verməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti