Bakıda ər arvadının üstünə qaynar su tökdü

Bakıda ər arvadının üstünə qaynar su tökdü
  29 May 2016    Oxunub:3089
Bakı sakini münaqişə zəminində həyat yoldaşının üstünə qaynar su töküb.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsininin Mehbalıyev küçəsindəki mənzildə baş verib. 57 yaşlı Fərhad Məhərrəmov həyat yoldaşı, 55 yaşlı Anaxanım Məhərrəmova ilə dalaşıb və bu zaman sobanın üzərində qaynayan suyu onun üstünə töküb.

2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alan qadın 5 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib. A.Məhərrəmova həyat yoldaşının məsuliyyətə cəlb edilməsi ilə bağlı 32-ci Polis Bölməsinə müraciət edib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti