Bakıda döyüş sursatı tapıldı

Bakıda döyüş sursatı tapıldı
  24 Yanvar 2015    Oxunub:3410
2 ədəd F1 əl qumbarası və 2 ədəd qumbara zapalı aşkar edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub. Mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərkən aşkarlanmış istifadəyə yararlı olan 2 ədəd F1 əl qumbarası və 2 ədəd qumbara zapalı aidiyyəti üzrə təhvil verilib.

Mütəxəsislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib. Əməliyyat saat 21:00-da başa çatıb.


Teqlər:





Xəbər lenti