Bakıda dayı bacıqızını öldürdü

Bakıda dayı bacıqızını öldürdü
  17 Aprel 2015    Oxunub:1482
Bu gün günorta saatlarında Bakının Xəzər rayonunda dəhşətl qətl hadisəsi baş verib
.ayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, Buzovna qəsəbəsində, hadisə Naxçivani küçəsi, ev 13 də qeydə alınıb.

Qəsəbə ərazisində 1973-cü il təvəllüdlü Namiq Aslanov bacısı qızı 1996-cı il təvəllüdlü Nigar Məliklini çoxsaylı bıçaq zərbələrilə qətlə yetirib.

Hadisəni törədən Namiq Aslanov sonradan oradan qaçıb.

İşi araşdıran müstəntiq Vüqar İslamzadənin sözlərinə görə, hazırda meyit tibbi müayinə edilir. Tibbi müayinədən sonra ətraflı məlumat verilə bilər.

Hadisəni törədən dayının axtarışları davam edir.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti