Bakıda daha bir intihara cəhd

Bakıda daha bir intihara cəhd
  31 İyul 2015    Oxunub:2067
Abşeron rayonunda 1 nəfərin intihar etməsinin qarşısı alınıb.
AzVision.az-ın FHN mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumata əsasən, Abşeron rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.

Əməliyyat saat 02:56-da başa çatıb.


Teqlər:  





Xəbər lenti