Bakıda bir neçə nəfər dəlixanadan qaçdı

Bakıda bir neçə nəfər dəlixanadan qaçdı
  03 Mart 2015    Oxunub:2883
Bakının Maştağa qəsəbəsindəki 1 saylı Ruhi-Əsəb Dispanserindən bir neçə xəstə qaçıb.
Milli.Az-a daxil olan məlumata görə, bu gecə orada müalicə alan 4 xəstə dispanserin 9 saylı psixiatriya şöbəsini müəmmalı şəkildə tərk ediblər.

Ciddi şəkildə mühafizə olunan şöbədən xəstələrin necə qaçması maraq doğurur. Qaçanlardan biri Əsgər Anaları İctimai Birliyinin sədri Taisiya Qordeyevanın oğlu Leoniddir.

Onu da əlavə edək ki, bu kimi hadisə 2014-cü ildə 3 dəfə təkrarlanıb.


Teqlər:





Xəbər lenti