Bakıda bədbəxt hadisə-72 yaşlı kişi öldü

Bakıda bədbəxt hadisə-72 yaşlı kişi öldü
  27 Mart 2015    Oxunub:1469
Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
Xəzər Rayon Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, hadisə Zirə qəsəbəsində yerləşən Bağ Massivində baş verib.

Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Fərman Bayram oğlu Bayramov həyətində yerləşən su quyusunu təmir edərkən havasızlıqdan boğularaq ölüb.

F. Bayramovun cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti