Bakıda bank yandı

Bakıda bank yandı
  31 Yanvar 2015    Oxunub:2781
“Paşa Bank” ASC-nin inzibati ofis binasında yanğın olub.
Bakı şəhəri Səbail rayonunda ümumi sahəsi 2530 kv.m olan “Paşa Bank” ASC-nin ikimərtəbəli inzibati ofis binasının 1-ci mərtəbəsində 3 otağın tavanı 40 kv.m sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 6 kv.m olan server otağının tavanı və giriş-çıxış kabelləri 10 p.m yanıb.

AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti