Bakıda bal yarmarkası olacaq

Bakıda bal yarmarkası olacaq
  09 Oktyabr 2015    Oxunub:3100
Sabah - oktyabr ayının 10-da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılacaq.
Bu barədə AzVision.az saytına Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sərgi-satış yarmarkasının təşkili üzrə işçi qrup bəyan edib ki, yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışına icazə veriləcək.
Keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədi olmayan arıçılıq məhsullarının yarmarkada nümayişinə və satışına yol verilməyəcək.

Yarmarka oktyabrın 30-dək davam edəcək


Teqlər:





Xəbər lenti