Bakıda ayı peyda oldu - Hamı bundan danışır

Bakıda ayı peyda oldu - Hamı bundan danışır
  29 Aprel 2016    Oxunub:14711
Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən "BakuBus"ın avtomobil parkı yaxınlığında ayı peyda olub.
AzVision.az xəbər verir ki, ayının həmin ərazidə peyda olması vətəndaşların təəccübünə səbəb olub. Ayının haradan gəlməsi məlum deyil. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramovun verdiyi məlumata görə, ayı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən götürülüb.

Ayı balası aidiyyəti üzrə təhvil veriləcək.

Bu olay sosial şəbəkələrdə maraqlı müzakirələrə səbəb olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti