Bakıda avtobuslar 20 saat işləyəcək

Bakıda avtobuslar 20 saat işləyəcək
  17 Aprel 2015    Oxunub:2103
Bakıda ilk Avropa Oyunlarının keçiriləcəyi dövrdə paytaxtın ictimai nəqliyyatlı 20 saatlıq iş rejiminə keçəcək.
AzVision.az Trend-də istinadən xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, tamaşaçıları idman obyektlərinə daşımaq üçün xəttə xüsusi ekspress-avtobuslar buraxılacaq.

“İdman obyektlərinin yerləşdiyi ərazilərdə avtomobillərin dayanması məhdudlaşdırılacaq. Yarışa gəlmək üçün bileti olacaq avtomobil sahibləri maşınlarını xüsusi dayanacaqlarda saxlayacaq, sonra isə ekspresslərlə yarışların keçirildiyi ərazilərə gedəcəklər”, - deyə, Həsənov bildirib.

O qeyd edib ki, həmin dövrdə həmçinin lisenziyasız taksilərin fəaliyyəti də qadağan ediləcək.

“Bundan başqa, xəttə 300 yeni sərnişin avtobusu buraxılacaq”, - deyə, mətbuat xidmətinin rəhbəri bildirib.

Avropa Oyunları 12 – 28 iyun tarixlərində Bakıda keçiriləcək və qitənin tarixində bir ilk olacaq.


Teqlər:  





Xəbər lenti