Bakıda avtobus qəzası - Ölən var

Bakıda avtobus qəzası - Ölən var
  26 May 2016    Oxunub:1944
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
AzVision.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Yasamal rayonu ərazisində, Dairəvi yolda "Mercedes" markalı minik avtomobili "Daewoo" markalı, 10 TG 280 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə minik avtomobilinin 41 yaşlı sürücüsü ağır xəsarətlər alıb və hadisədən 2 saat sonra xəstəxanada keçinib.

Yasamal rayon Polis İdarəsindən sayta qəza nəticəsində vəfat edən sürücü 41 yaşlı Natiq Eminov olub.

İlkin məlumatda o da bildirilib ki, qəzaya səbəb avtobusun hərəkət sürətini qəfil azaltması olub. Buna görə də sürətlə hərəkət edən minik avtomobili arxadan ona çırpılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti