Bakıda ana və 3 aylıq körpəsini maşın vurdu

Bakıda ana və 3 aylıq körpəsini maşın vurdu
  09 Fevral 2016    Oxunub:1813
Bakıda ağır yol qəzası baş verib. Ana və 3 aylıq körpəsi ağır xəsarət alıb.
AzVision.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində "klubun yanı" adlanan ərazidə qeydə alınıb. Bakı şəhər sakini Elşən Gözəlov idarə etdiyi 90- KT- 855 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən Vüsal Nəhmədova məxsus digər bir "Mercedes" markalı maşına əyləşmək istəyən 1988-ci il təvəllüdlü Aysel Əliyeva və onun 3 aylıq körpəsi Abbas Yalçın oğlu Əliyevi vurub. İdarəetməni itirən sürücü Elşən Gözəlov daha sonra dayanan "Mercedes"in sürücüsü Vüsal Nəhmədovu da vurub.

Ağır bədən xəsarətləri alan ana və 3 aylıq körpə dərhal Sabunçu qəsəbəsində yerləşən 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Xəstəxandan bildiriblər ki, Vüsal Nəhmədovun vəziyyəti normal olduğu üçün ona ilkin tibbi yardım göstərilərək ambulator müayinə üçün evə buraxılıb. Aysel Əliyevanın vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, 3 aylıq körpə isə qapalı kəllə-beyin travması aldığı üçün Neyrocərrahiyyə Xəstəxasına göndərilib.

Qəzanı törədərək hadisə yerindən qaçan sürücü artıq saxlanılaraq istintaqa cəlb edilib və avtomobil cərimə meydançasına aparılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti