Bakıda ağır qəza - 15 yaşlı qız öldü

Bakıda ağır qəza - 15 yaşlı qız öldü
  25 Yanvar 2015    Oxunub:2366
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində Ramin İbrahimovun idarə etdiyi "Mercedes" markalı avtomobil maneəyə çırpılıb. Nəticdə avtomobildə olan sərnişinlərdən sürücünün qızı, 2000-ci il təvəllüdlü Salayeva Cəvanə Ramin qızı ağır bədən xəsarətləri alıb. 15 yaşlı qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti