Bakıda NATO təlimi keçirilir

Bakıda NATO təlimi keçirilir
  19 Avqust 2014    Oxunub:1115
Avqustun 19-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO–nun Brunssum şəhərindəki (Niderland Krallığı) Birləşmiş Komandanlığının mobil təlim qrupu tərəfindən "Əldə hazırlanan partlayıcı qurğular"la mübarizə mövzusunda təlimə başlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin mühəndis xidmətinin bir qrup zabiti üçgünlük təlim kursuna cəlb olunub.

Təlimin ilk günü hərbi tərəfdaşlıq və digər mövzuların təqdimatı ilə yadda qalıb.

Keçirilən kursda mühəndis xidmətinə cavabdeh zabitlər hərbi biliklərini təkmilləşdirəcəklər.

Təlim zamanı "Əldə hazırlanan partlayıcı qurğuların törətdiyi fəsadlar və bu qurğulara qarşa müdafiə sistemlərinin təhlili" və digər mövzular üzrə seminarlar keçiriləcək.


AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti