Müdafiə Nazirliyinin mətbuat xidmətindən
AzVision.az-a verilən məlumata görə, kurs müddətində NATO-nun nümayəndə heyəti tərəfindən şəxsi heyətə "NATO-nun hərbi strukturu", "NATO-da hərbi tərəfdaşlıq", "İctimai əlaqələr üzrə əməliyyatlar", "Strateji kommunikasiyanın hədəf auditoriyası", "İctimai əlaqənin nəticələri və vasitələri", "Strateji kommunikasiya və ictimai əlaqələr üzrə planın hazırlanması" və digər mövzulara dair mühazirələr oxunur.
Eləcə də işçi qruplarda müzakirələr və fikir mübadilələri aparılır. Kurs iyulun 1-dək davam edəcək.
AzVision.az