Bakıda Gənc Siyasətçilər Məktəbi açıldı

Bakıda Gənc Siyasətçilər Məktəbi açıldı
  04 İyul 2013    Oxunub:1451
Bu gün “Modern” otelində Beynəlxalq Gənc Siyasətçilər Məktəbinin açılışı münasibəti ilə tədbir keçirilib.
AzVision.az məlumat verir ki, tədbir Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib.

Bu barədə AGAT-ın sədri Günel Səfərova jurnalistlərə müsahibəsində bildirib:

“5 gün davam edəcək tədbirdə Almaniya, İtaliya, Herseqovina, Polşa, Rumıniya və başqa ölkələrdən gənc siyasətçilər və aktivistlər iştirak edir. Biz müxtəlif mövzularda müzakirələr aparacağıq. Məktəbin təşkil edilməsinin əsas məqsədi Azərbaycanın gənc aktivistlərilə həmin ölkələrin aktivistləri arasında dostluq münasibətləri və əməkdaşlığın yaradılması və möhkəmləndirilməsidir” .

Tədbirdə Fransanın Azərbaycandakı səfiri Paskal Monye, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çebanu, deputat və ictimai xadim Rasim Musabəyov kimi qonaqlar da iştirak edib.

Xatırladaq ki, tədbir iyulun 3-dən 8-dək davam edəcək.

Balifa Baxşiyeva
AzVision.az



Teqlər:  





Xəbər lenti