Bakıda Foto Məktəb açılıb - FOTOLAR

Bakıda Foto Məktəb açılıb - FOTOLAR
  03 Oktyabr 2015    Oxunub:5510
Sapphire Plaza-da Bakı Foto Məktəbi ilk dəfə qapılarını Azərbaycandan, Rusiyadan, Gürcüstandan, Türkiyədən, İsraildən, Ukraynadan olan professionalların və həvəskarların üzünə açıb.

Foto sənətinə professional marağ olanlar fotoməktəbin dinləyicisi ola bilər.

"Fotoməktəbin 24 dinleyicisini gəbul edilmişdi. Onlar nə abiturient, nə də tələbə deyillər, onlar dinleyicidilər, yəni foto elmini öyrənmək istəyənlərdir" - bu sözləri Bakı Foto Məktəbinin yaradıcısı, Böyük Britaniya Kral Fotoqraf Cəmiyyətinin üzvü Rüfət Əliyev deyir.

Bakı Foto Məktəbinin dinləyicilərinə ustad dərsləri keçiləcək, onlar məşhur fotoqrafların sənətini öyrənəcək, filmə rejissorun gözlərilə baxacaq, ekspozisiyalar təşkil edəcək, fotolayihələr düşünəcək və gerçəkləşdirəcək, beynəlxalq və Avropa foto müsabiqələrində iştirak edəcəklər.

Rüfət Əliyevin sözlərinə görə, məktəbdə təhsil 3 ay olacaq. Bu, təxminən, 100 tədris saatına bərabərdir. Təhsilin sonunda attestasiyadan keçən dinləyicilərə diplom və Böyük Britaniya Kral Fotoqraf Cəmiyyətinin üzvlük kartı, eləcə də beynəlxalq fotoqraf statusu alacaqlar.
Təhsil ödənişlidir.

Ustad dərslərinə fotoqraf Rüfət Əliyev rəhbərlik edəcək, dinləyicilərə prodüsser ustalığını və fotorejissor bacarıqlarını Rigadan latviya kinoprodüsser Rizvan Məmmədov öyrədəcək, reportaj və sənədli foto dərslərini isə Azərbaycan fotojurnalistikasının metri, fotoqraf Fərid Xayrulin keçəcək.

Bakı Foto Məktəbinin dinləyicilərinin eyni zamanda Azərbaycanın tarixi məkanlarını gəzmək imkanı olacaq. Bu xidməti Britaniyanın Airtrips.comTurizm Agentliyi həyata keçirəcək.

Kursun sonunda Bakı Foto Məktəbi İnitiative Curator Union-la birlikdə sərgi təşkil edəcək.
Məktəbin fəaliyyətilə bağlı ətraflı informasiya Aliyev.uk saytında yerləşdirilib.

Qalereya




Teqlər:  





Xəbər lenti