Bakıda FHN-nin adından pul yığılır

Bakıda FHN-nin adından pul yığılır
  04 Mart 2015    Oxunub:2377
Bakının bir neçə rayonunda Fövqaladə Hallar Nazirliyinin adından istifadə edərək vətəndaşlardan məcburi şəkildə pul yığılır.
Özlərini naziliyin əməkdaşı kimi təqdim edən şəxslər binalarda tüstü bacalarının təhlükəli olduğunu bildirir, bu məqsədlə sakinlərdən pul tələb edirlər.

Xidmət qarşılığında isə hər mənzildən 8-10 manat pul alınır.

Sakinlərin AzVision.az-a bildirdiyinə görə, tələb olunan məbləği ödədikdə isə verilən qəbzdən məlum olur ki, həmin şəxslər heç də FHN-nin əməkdaşları yox “MH GROUP” MMC-nin işçiləridir.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. FHN- nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov AzVision.az-a bildirib ki, sözügedən məsələnin onlara heç bir aidiyyatı yoxdur.

Nazirlik rəsmisinin sözlərinə görə Bakı şəhər İcra Hakimiyyətinin icazəsi ilə fəaliyyət göstərən şirkət var ki, onlar bacaları təmizləyirlər:

“Bu özəl şirkətlərdir. Onlar bacaları təmizləyirlər. Bir dəfə bununla bağlı “JEK” rəhbərliyinə müraciət etdim . Onlara bildirdim ki, insanlara düzgün məlumat vermirsiniz. Yəni bacaların təmizlənməsinin bizimlə heç bir əlaqəsi yoxdur”.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti