Bakıda 70 minlik cinayət

Bakıda 70 minlik cinayət
  01 Fevral 2015    Oxunub:2164
Bakı sakini külli miqdarda pulunun mənimsənilməsi ilə bağlı polisə müraciət edib.

AzVision.az Lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayon sakini, 1961-ci il təvəllüdlü Məmmədov Haqverdi Məhəmməd oğlu şikayət ərizəsi yazaraq bildirib ki, 2014-cü ilin 21 oktyabr tarixində tanışı Namiq adlı şəxsə 70 min dollar verib.

Şikayətçi qeyd edib ki, tanışı ilə G.Əliyev küçəsi 8 ünvanının qarşısında görüşüb və Türkiyədən Azərbaycana satış məqsədi ilə meyvə gətirmək üçün ona külli miqdarda pul verib. lakin qarşı tərəf vədinə əməl etməyib və vəsaiti mənimsəyib.


Faktla bağlı araşdırmalar aparılır.


Teqlər:  





Xəbər lenti