Bakıda 6, Tərtərdə isə 3 otaqlı ev yandı

Bakıda 6, Tərtərdə isə 3 otaqlı ev yandı
  27 Yanvar 2015    Oxunub:1628
Bakıda və Tərtər rayonunda yanğın hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda vətandaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaqlı evin (hər mərtəbəsi 150 kv.m) dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Tərtər rayonu, Seyidimli kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

AzVision.az


Teqlər:  





Xəbər lenti