Bakıda 41 yaşlı kişinin boğazını kəsdilər

Bakıda 41 yaşlı kişinin boğazını kəsdilər
  06 May 2016    Oxunub:1340
Bakının Binəqədi rayonunda qanlı hadisə baş verib.
AzVision.az xəbər verir ki, APA-nın məlumatına görə, rayonun Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 2, ev 4-də yaşayan 41 yaşlı Zaur Dadaşbala oğlu Məmmədov boğazı kəsilmiş vəziyyətdə xəstəxanaya gətirilib.

O, dərhal əməliyyat olunub. Hadisə barədə polisə məlumat verilib.

Zaur Məmmədovun qardaşının polislərə verdiyi məlumata görə, o, özü-özünə xəsarət yetirib. Yaralının vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.

Faktla əlaqədar Binəqədi rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti