Bakıda 3 yaşlı uşağın faciəli ölümü

Bakıda 3 yaşlı uşağın faciəli ölümü
  27 Mart 2015    Oxunub:2249
Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
Binəqədi rayon Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, hadisə Sulutəpə qəsəbəsi Yeni Yaşayış massivində baş verib.

Qeyd edilən ünvanda evlərdən birində yaşayan 3 yaşlı Fidan Əlizadə həyətdəki kanalizasiya quyusuna yıxılıb. Uşaq quyuda boğulub.

Digər hadisə isə bu gün Xəzər rayonunda baş verib. Rayonun Zirə qəsəbəsində quyuya orta yaşlı kişi düşüb.

Kişi huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, kişi quyunu qazarkən yıxılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti