Bakıda 3 maşın toqquşdu, Sürücü yanaraq öldü (VİDEO)

Bakıda 3 maşın toqquşdu, Sürücü yanaraq öldü (VİDEO)
  03 Avqust 2015    Oxunub:3088
Bakının Sabunçu rayonunda bir neçə avtomobil toqquşub, nəticədə yanğın baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşlara məxsus “LEXUS”, “LAND ROVER” və “ЗАЗ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Kamil oğluna məxsus “ЗАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb və sürücü A.Hüseynov yanıq xəsarətləri ilə hadisə yerində vəfat edib.

Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 20:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.






Teqlər:  





Xəbər lenti