Bakıda 28 dərəcə isti olacaq

Bakıda 28 dərəcə isti olacaq
  31 Avqust 2015    Oxunub:1367
Sentyabrın 1-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan -AzVision.aza verilən məlumata görə, səhər Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir. Şimal küləyi əsəcək. Gecə 19-22, gündüz 24-28 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama yaxın yağış tədricən kəsiləcək. Gecə 16-21, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti