Bakıda 17 yaşlı oğlan itkin düşüb - FOTO

Bakıda 17 yaşlı oğlan itkin düşüb - FOTO
  25 İyun 2016    Oxunub:3088
Bakı şəhərində 17 yaşlı gənc itkin düşüb.
Bu barədə AzVision.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 14.12.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yaşayan Elxan İxtiyar oğlu Musayev bu il iyunun 24-də saat 14:00-15:00 radələrində evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Elxan Musayevi görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin (012) 012-561-02-02 nömrəli şəhər, (055) 215-66-25, (055) 390-87-87 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.



AzVision.az


Teqlər:  





Xəbər lenti