Bakıda 14 yaşlı oğlanı oğurlayıb, 20 min istədilər

Bakıda 14 yaşlı oğlanı oğurlayıb, 20 min istədilər
  31 May 2016    Oxunub:2549
Bakıda 14 yaşlı oğlan oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini - 14 yaşlı Cəfər Qasımovu oğurlayıb, qaytarılması müqabilində anası Afətdən 20 000 manat istəyib və polisə məlumat verməməsini tələb edib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Qasımovun “VAZ-21154” markalı avtomobildə qaçırılması müəyyən edilib və qeyd edilən nəqliyyat vasitəsi Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Dövlət Yol Polisi İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azadlıq prospektində saxlanılıb. Sürücü - Bakı şəhər sakini 23 yaşlı Sənan Qasımzadə törətdiyi əməli etiraf edib.

C.Qasımov ailə üzvlərinə təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti