Bakıda 14 yaşlı oğlan dənizdə batıb

Bakıda 14 yaşlı oğlan dənizdə batıb
  25 Avqust 2016    Oxunub:1601
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1200 m aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
AzVision.az FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər 2002-ci il təvəllüdlü Tağızadə Məmmədəmin Mirhüseyin oğlunun cəsədini batdığı yerdən 30 metr aralıdan taparaq çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti