Bakıda 12 min oğurladı, Qusarda tutuldu

Bakıda 12 min oğurladı, Qusarda tutuldu
  27 Fevral 2015    Oxunub:1201
Oğurluq edən Mingəçevir şəhər sakini Sönməzbəy Məmmədov tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 25-də Yasamal rayonu ərazisində yerləşən “Yanar dağ” kafesində, oranın sahibi Natiq Məmmədzadənin otağından 12000 manat oğurlanıb.

DİN-in Növbətçi Hissələri İdarəertmə Xidməti və Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Sönməzbəy Məmmədov Qusar sərhəd-keçid məntəqəsindən keçərkən tutulub


Teqlər:





Xəbər lenti