Bakıda yanğın olub, bir nəfər xilas edilib

Bakıda yanğın olub, bir nəfər xilas edilib
  23 Yanvar 2017    Oxunub:1184
Bakıda fərdi evdə yanğın olub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 47 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti