Bakıda qış qərargahı yaradıldı

Bakıda qış qərargahı yaradıldı
  08 Dekabr 2016    Oxunub:2113
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin Qış Qarajı qeyri sabit hava şəraiti ilə əlaqədar Bakıda Vahid Qərargah yaradıb.
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O, qeyd edib ki, qərargah əməkdaşları və yol polisləri texnikalar vasitəsilə yolların qar və buzdan təmizlənməsinə başlayıb. Onun sözlərinə görə, səhər saatlarından yolların təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün qum və duz səpintisi işləri davam etdirilir. Buna baxmayaraq, paytaxtın yüksək əraziləri, əsasən də Yasamal rayonu, “20 yanvar” metrosunun ətrafı, Günəşli qəsəbəsi və 3-cü kənar Dairəvi yollarda buzlaşma ehtimalı var:

“Həmin ərazilər və şəhərin enişli-yoxuşlu yolları, sərt döngələr nəzarətə götürülüb. Hava şəraiti artıq bəzi ərazilərdə sıxlıq yaradıb. Sürücülərdən xahiş edirik k, hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən az istifadə etsinlər, əsasən ictimai nəqliyyata üstünlük versinlər”.

V. Əsədov əlavə edib ki, qeyri-sabit hava şəraiti ilə bağlı bu gün səhər saatlarında Bakıda 3 yol qəzası baş verib: “ Yol-nəqliyyat hadisələri nəticəsində ölən və xəsarət alan olmayıb. Hadisələrin baş verməsinə səbəb isə sürücülərin metereoloji şəraiti nəzərə almamalarıdır”.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti