22 FEVRAL 2017 4+7 Bakı 0-5 Xankəndi 0+5 Xaçmaz 0+5 Bərdə 4+7 Lənkəran -3+2 Naxçıvan 2+7 Gəncə 4+7 Sumqayıt 0-5 Kəlbəcər 0-5 Laçın 0-5 Qubadlı 0-5 Şuşa 2+7 Ağdam Zəngilan 2+7 Cəbrayıl 2+7 Füzuli 0+5 Şəki

Bakıda dollar panikası – “Exchange”lər qan ağlayır (Reportaj)

Tarix 11.11.15, 16:32

Font ölçüsü : - / +


Azərbaycanda son bir neçə gündə dolların qiymətində bahalaşma müşahidə olunur. Mərkəzi Bankın bu gün elan etdiyi rəsmi məzənnəyə görə, 1 dollar 1.0504 manat olub.

Dolların bahalaşması insanlar arasından süni panikaya səbəb olub. Mətbuatda, sosial şəbəkələrdə aparılan müzakirələrdə iddia edilir ki, dolların qalxması ikinci devalvasiyanın başlamasından xəbər verir.

AzVision.az-ın əməkdaşları paytaxtın valyutadəyişmə məntəqələrinə baş çəkərək hazırki vəziyyətlə maraqlanıb.

“28 May” metrostansiyasının yaxınlığından yerləşən “AtraBank”ın valyutadəyişmə məntəqəsində dollar almaq və ya satmaq üçün bir nəfər də gözə dəymirdi.



Valyutadəyişmə məntəqəsində işləyənlər də deyir ki, səhərdən indiyə kimi dollar almaq üçün onlara barmaqla sayılacaq qədər adam yaxınlaşıb: “Əvvəlki günlərə nisbətən bu dəfə dolların bahalaşması elə də ajiotaj yaratmayıb”.

“Zaminbank”ın da valyutadəyişmə məntəqəsində də müştəri demək olar ki, yox idi. Bir neçə saat müşahidə aparsaq da, bu müddət ərzində məntəqənin qapısını açan bir nəfər belə, gözümüzə dəymədi.



“Yunayted Kredit Bank”ın “exchange”lərində işçilər boşluqdan küçəyə çıxıb söhbət edirdilər. Həmsöhbət olduğumuz bank işçiləri bildirdi ki, dolların yenidən bahalaşmasına baxmayaraq, heç kim pulunu dollara çevirmək istəmir: “Bir neçə dəfə belə hal yaşandı. İndi hamı elə bilir ki, banklar bunu qəsdən edirlər. Amma dollarının kursunun dəyişməsi tamamilə bazara bağlı olan məsələdir. Odur ki, vətəndaşlar buna görə, dolların yenidən ucuzlaşacağını zənn edib pullarını dəyişmirlər. Həm də bundan öncəki bahalaşmada əhali əllərində olan bütün pullarını dollara çevirdilər. Ona görə də indi əhalidə ehtiyyat kimi manatla pul qalmayıb”.

“Kredo Bank”ın valyutadəyişmə məntəqələrində də vəziyyət digərlərindən fərqlənmir.

Müştəri sarıdan korluq çəkən bankların valyutadəyişmə məntəqələrində nəhayət bir nəfər müştəri tapa bildik.



Pulunu dollarda saxlamağa üstünlük verən Əlibəy Azəri deyir ki, əslində elə bir problem yoxdur, insanlar narahat olmasınlar: “Əslində Rusiya və Türkiyə kimi iri dövlətlər maraqlı bir siyasət həyata keçirilər. Bu ölkələrdə həftənin altıncı və bazar günləri banklar işləmir. Belə olan halda banklar həmin günlərdə dolların kursunu aşağı salır, həftənin digər günlərində isə dolların məzənnəsini bahalaşdırırlar. İndi biz də bu sistemə keçirik”.

Həmsöhbətimiz deyir ki, ölkədə ticarətlə məşğul olanlar satışı manatla aparsalar da, daha sonra pullarını dollara çevirib xarici ölkələrə mal almağa gedirlər. Ona görə də ölkədə dollara tələbat artır.



Əmanətini dollarda saxlamağa üstünlük verən Sahibə Nəsibli isə deyir ki, uzun illərdir məzənnəsində heç bir dəyişiklik olmayan valyuta dollar olduğuna görə, pulunu bu valyutada saxlayır: “Gözümü açandan dollar dəyərdən düşmür. Ona görə də dollara həmişə tələbat var. Bu baxımdan pulumu dollarda saxlayıram”.



Paytaxtda apardığımız müşahidə zamanı məlum oldu ki, insanlar dolların qalxacağından ehtiyat edərək pullarını dəyişməyə tələsmirlər. Bu isə “exchange”lərin işini əməlli başlı öldürüb.





Gültəkin Ələsgər
Fotolar: Elvin Abdulla


Mövzu ilə bağlı təhlili BURADAN oxuya bilərsiniz.


Xəbərin oxunma sayı : 4627


Bu xəbərə şərh yaz


(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq ifadələr işlətməməli, Azərbaycan qanunlarına zidd çağırışlar etməməlidir. Bu cür şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək)
Adınız:
Əlavə et
Siz 512 hərf daxil edə bilərsiniz


AzVision SMARTFONDA

Neftin qiyməti - AKTUAL


Sorğu

Sizcə, Bakı qışa hazırdırmı?
Hazırdır
Xırda problemlər də düzəlsə, hazırdır
Hazır deyil

  Nəticələr!    İştirak edənlər: 2135

İnfoqrafika

Ötən gün fotolarda

ŞƏRHSİZ

ARXIV TƏQVİMİ

Rubrikanin digər yazıları

Sovet Bakısının `oğru həyatı` - erməni müstəntiqlər, yerli avtoritetlər... 24 yaşlı oğlanı qız üstündə yandırıblar? - Dəhşətli cinayət Erməni tankı belə vuruldu – Video Düşmənin hərbi bazası dağıdıldı – Madagiz əməliyyatı (VİDEO) Ələ keçirilən erməni postundan görüntülər - VİDEO Ermənistanın gizlədilən itkiləri - 26 əsgər itkin düşüb Erməni general özünü güllələdi Almaniyanı fəth edən azərbaycanlı - 7 oyuna 8 qol Bakıda dollar panikası – “Exchange”lər qan ağlayır (Reportaj) Bondun yeni filminin “soundtrack”i – VİDEO Həsən bəy Zərdabi şairdir, yoxsa bəstəkar - VİDEOSORĞU `Sarkisyanla gözəl gecə keçirdik` - Bakıya gələn məşhur aktrisa (FOTO) Yunanıstan defoltun astanasında İlk Avropa Oyunlarının Bağlanışı - VİDEO, FOTOLAR Avropa Oyunlarında ikinci olduq - 56 medal Ötən günün ən yaxşıları - FOTOSESSİYA Almaniya kimləri silahlandırır? - Die Welt `Bakı 2015`in azarkeşləri - FOTOSESSİYA Xəbərdarlıq: Kompüterinizi 5 dəqiqəlik söndürün Almaniya bu gün: hegemon, yoxsa vassal? Millət vəkili: “Rövşən Lənkəranski Bakıya gələndə mənimlə görüşür” Bakıda məscidin yanında partlayış - 2 yaralı “Lamiyə oğluma şər atır, uşaq Elnurdan deyil…” - Şok faktlar İlham Əliyevin mükafatları - SİYAHI `Daha heç nəyi gizlədə bilməyəcəksiniz!` - Prezident məmurları tənqid etdi `Azersun`-un yeni loqosunun mənası nədir? – ŞƏKİL Azərbaycan Universitetinin yeni rektoru kimdir? - FOTO + ARAYIŞ `Media Party`nin model simaları – FOTOSESSİYA Kəlbəcər girovlarından Azərbaycana məktub Fərhad Əliyev Londondan qardaşının dəfninə gəldi - ÖZƏL

XƏBƏR LENTİ