Bakıda çiskin olacaq, yağış yağacaq - (VİDEOXƏBƏR)

Bakıda çiskin olacaq, yağış yağacaq - (VİDEOXƏBƏR)
  14 Yanvar 2017    Oxunub:3193
Bakıda və Abşeron yarımadasında bazar günü, yanvarın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az -a verilən məlumata görə, paytaxtda sabah cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, axşam şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.



AzVision.az


Teqlər:  





Xəbər lenti