Bakıda 19 yaşlı qız 9-cu mərtəbədən yıxılıb öldü

Bakıda 19 yaşlı qız 9-cu mərtəbədən yıxılıb öldü
  21 Oktyabr 2016    Oxunub:3042
Bakıda gənc qız bədbəxt hadisə nəticəsində ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 20-də gecə saatlarında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini - 1997-ci il təvəllüdlü Əsgərova Sərfinaz Salman qızı yaşadığı 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzilin pəncərəsindən paltar asmaq istəyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti