Bakı sakinlərini aldadana AĞIR CƏZA

Bakı sakinlərini aldadana AĞIR CƏZA
  20 Aprel 2015    Oxunub:1468
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini Rüfət Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə R. Süleymanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Bakı şəhər sakinləri olan 2 nəfəri işə düzəlmək adı ilə onlardan xeyli pul alıb, amma verdiyi sözü tutmayıb. Polis əməkdaşları tərəfindən saxlandıqdan sonra onun digər dələduzluq əməli ortaya çıxıb. Belə ki, o şəhər sakinindən torpaq ərazinin özəllişdirilməsi ilə bağlı pul alıb və geri qaytarmayıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.


Teqlər:  





Xəbər lenti