Bakı ən yaxşı turizm məkanlarından biridir

Bakı ən yaxşı turizm məkanlarından biridir
  22 Dekabr 2014    Oxunub:1484
Amerikanın dünyaca məşhur səyahət saytı olan "Tripadvisor"un apardığı tədqiqatlar nəticəsində Azərbaycanın paytaxtı Bakı şəhəri 2014-cü ilin yekunlarına əsasən ən yaxşı turizm məkanlarından biri hesab edilib.
AzVision.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən bildirir ki, Bakı Asiya regionunda "Yüksələn turizm məkanları" kateqoriyasında 6-cı yer tutub (https://azvision.az/redirect.php?url=http://www.tripadvisor.com/TravelersChoice-DestinationsontheRise-cTop10-g2).

Araşdırma səyahət etdikləri bu və ya digər ölkə və ya şəhər barədə öz təəssüratlarını bölüşmüş milyonlarla turistin rəylərinin təhlili əsasında aparılıb. Yuxarıda qeyd edilən "Yüksələn turizm məkanları" kateqoriyası ilə yanaşı, bu kateqoriya üzrə ən yaxşı mehmanxanalar, çimərliklər, restoranlar, adalar və s. müəyyən edilib.


Teqlər:  





Xəbər lenti