Bakı ən romantik şəhərlər sırasında

Bakı ən romantik şəhərlər sırasında
  29 Yanvar 2015    Oxunub:2968
Turistlər üçün "Travel.ru" portalı 14 fevral - Sevgililər Günü səyahət etməyə məsləhət görülən Avropa şəhərlərinin reytinqini tərtib edib.
AzVision.az buro24/7-az-a istinadən xəbər verir ki, reytinqdə Avropanın müxtəlif ölkələrinin ikilikdə romantik uik-end üçün münasib olan 20 şəhəri yer alıb. Avropanın sevgililər üçün cəlbedici şəhərləri arasında Bakının da adı çəkilib. Məlumatda deyilir ki, Azərbaycanın paytaxtı özündə gəzməli-görməli ultramüasir yerlər ilə Orta əsrlərə məxsus gözəlliyi birləşdirir. Romantik tarixçəsi olan Qız qalası Bakının ən maraqlı yerlərindən biridir. Onun baxış meydançasından İçərişəhərin xeyli hissəsi görünür. Gəzib-dolaşmalı digər maraqlı yerlər Şirvanşahlar sarayı, səs-küylü bazar, milli kafe və restoranlardır. Reytinqə Riqa, İstanbul, Lyublyana, Tallinn, Praqa, Vyana və digər şəhərlər daxil olub.




Teqlər:  





Xəbər lenti