Bakı Avropa Oyunlarına 200 gün qaldı

Bakı Avropa Oyunlarına 200 gün qaldı
  24 Noyabr 2014    Oxunub:1558
2015-ci il iyunun 12-də Bakıda keçiriləcək I Avropa Oyunlarına artıq 200 gün qalıb.
AzVision.az xəbər verir ki, geriyə saymaların bu əlamətdar günü Azərbaycan paytaxtında yüksək səviyyədə qeyd olunacaq. Bu münasibətlə Bakı şəhərində işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil ediləcək.

Qız Qalası memarlıq abidəsinin üzərində "Bakı-2015"in təsviri nümayiş olunacaq və axşam Bakı 2015-lə bağlı xüsusi xəbər elan olunacaq.

Qeyd edək ki, 20 növ üzrə təşkil olunacaq I Avropa Oyunları 17 gün davam edəcək. Bu yarış ilk dəfə olaraq keçirilir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti