Bakı 3 ən populyar şəhərdən biridir

Bakı 3 ən populyar şəhərdən biridir
  30 May 2016    Oxunub:1778
Travel.ru turizm servisi 2016-cı il yay idman yarışlarında səyahət etmək üçün rusiyalı turistlər arasında ən populyar şəhərləri seçib.

AzVision.az-ın məlumatına görə, bu ilin ən populyar 3 idman şəhəri sırasına Paris, Bakı və Rio-de-Janeyro daxil olub.

İyunun 17-19-da Bakıda "Formula-1" Avropa Qran-prisi keçiriləcək. "Formula-1"in Bakı mərhələsinə 10 mindən çox xarici turistin gələcəyi gözlənilir.

İyunun 17-dən 19-dək Bakının mərkəzində qalmaq sutkada minimum 40 dollara başa gələcək. "Formula-1" Avropa Qran-prisinə 3 günlük giriş biletinin qiyməti isə 200 dollardan başlayacaq. (trend)

AzVision.az


Teqlər:  





Xəbər lenti