Bakı-Sumqayıt yolunda söküntü başa çatır

Bakı-Sumqayıt yolunda söküntü başa çatır
  28 Aprel 2015    Oxunub:1717
Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində hazırda daha 4,7 kilometr yolun təmirinə başlanılıb.
Bu barədə AzVision.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib, təmir işləri altıncı post-Sumqayıt mənzilində aparılır. Artıq köhnə yolun söküntüsü başa çatmaq üzrədir.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində bu günə kimi 28 kilometr yol əsaslı təmir olunub.


Teqlər:





Xəbər lenti